Pakistanın Bəluçistan əyalətində eyni vaxtda 12 terror hücumu qeydə alınıb
Pakistanın Bəluçistan əyalətində silahlı qruplar tərəfindən dünən eyni vaxtda 12 fərqli nöqtəyə koordinasiyalı hücumlar həyata keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə, insidentlər nəticəsində azı 10 təhlükəsizlik əməkdaşı ölüb. Ən şiddətli toqquşmalardan biri əyalətin inzibati mərkəzi Kvetta şəhərində baş verib; yerli vaxtla saat 06:00 radələrində güclü partlayış eşidildikdən sonra bölgədə təxminən iki saat davam edən intensiv silahlı qarşıdurma olub.
Pakistan təhlükəsizlik qurumlarının açıqlamasına görə, hücumlar zamanı 58 silahlı şəxs zərərsizləşdirilib. Hadisə əyalətdə və ölkədə təhlükəsizlik vəziyyətinin hələ də gərgin olduğunu göstərir.
20:15 01.02.2026
Oxunuş sayı: 431