İsrail ABŞ-ni Türkiyə vasitəsilə aparılan İran danışıqlarındakı risklər barədə xəbərdar edib
İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Zamir ABŞ-yə səfəri zamanı yüksək vəzifəli Amerika rəsmilərini Türkiyənin vasitəçiliyi ilə aparılan İran danışıqlarının mümkün nəticələri barədə məlumatlandırıb.
Crossmedia.az "Walla" nəşrinə istinadən xəbər verir.
Görüşlərdə İrana qarşı mümkün hərbi hücum ssenariləri və İranın silah potensialının bərpası ilə bağlı məxfi kəşfiyyat məlumatları müzakirə olunub.
İsrail xüsusilə ballistik raket istehsalı və təxminən 180 kq yüksək zənginləşdirilmiş uranın saxlanması məsələsində narahatlıq ifadə edib və bunu milli təhlükəsizliyə birbaşa təhdid hesab edib.
İsrail liderləri bu şəraitdə çətin seçimlərlə üzləşirlər: ABŞ ilə birgə hərbi əməliyyat aparmaq, yoxsa müstəqil şəkildə, hətta Amerika ilə münasibətlərin gərginləşmə riskini nəzərə alaraq hərəkət etmək.
Eyni zamanda, İranın sürətlənmiş silahlanma yarışı və Vaşinqtonun dəyişkən ritorikası İsrailin mövqeyini daha mürəkkəb edir.
19:43 01.02.2026
Oxunuş sayı: 491