Serbiya Prezidenti Vuçiç: ABŞ-nin İrana zərbə endirəcəyini gözləyir
Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, yaxın 48 saat ərzində ABŞ-nin İrana zərbə endirəcəyini və bəzi digər mühüm hadisələrin baş verəcəyini gözləyir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Vuçiç vurğulayıb, hazırkı şərait mürəkkəbdir və belə vəziyyətdə sülhün qorunmasına sadiqlik həlledici əhəmiyyət daşıyır.
Prezident əlavə edib ki, Serbiya bütün beynəlxalq proseslərdə sülhün qorunmasına önəm verməyə davam edəcək və regiondakı gərginliyin idarə olunması vacibdir.
Türkan Kərimli
18:31 01.02.2026
Oxunuş sayı: 324