Slovakiyadan istefa: Layçakın Epşteynlə yazışmaları açıqlanıb
Slovakiyanın Baş nazirinin milli təhlükəsizlik müşaviri Miro Layçak cümə günü dərc olunan sənədlərdə onunla Ceffri Epşteyn arasında yazışmaların yer almasından sonra istefa verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yayımlanan məlumatlarda Layçakın Epşteynlə əlaqə saxladığını göstərən mesajlar əks olunub və bu, Bratislavada ciddi siyasi rezonans doğurub.
Məlumata görə, sənədlərin açıqlanmasından sonra Layçak və hökumət üzvləri arasında vəziyyət müzakirə edilib və müşavir istefa qərarını təqdim edib. Hadisə Slovakiya hökumətində etimad və şəffaflıq məsələlərini yenidən gündəmə gətirib.
Slovakiya rəsmiləri bildiriblər ki, milli təhlükəsizlik məsələləri ilə bağlı çalışan şəxslərin fəaliyyətində tam aydınlıq və etibar əsas şərtdir. İstefo qərarının da məhz bu çərçivədə qəbul olunduğu vurğulanıb.
17:51 01.02.2026
Oxunuş sayı: 580