Tramp: İranla danışıqlarda irəliləyiş var
ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla danışıqlar apardığını təsdiqləyib.
Crossmedia.az-ın "Əl-Ərəbiyyə"yə istinadəj verdiyi xəbərə görə, Tramp yanvarın 31-də jurnalistlərə açıqlamasında bildirib ki, “İran bizimlə danışıqlar aparır. Nə edə biləcəyimizi görəcəyik”, lakin danışıqların gedişinin hələlik qeyri-müəyyən olduğunu vurğulayıb.
Eyni zamanda, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial media hesabında paylaşım edərək “süni media müharibəsinə baxmayaraq, danışıqlar üçün strukturlaşdırılmış formatın irəlilədiyini” açıqlayıb və ABŞ-la görüşün hazırlandığını bildirib.
Tramp həmçinin Amerikanın bölgədə güclü hərbi mövcudluğunu vurğulayıb. İran rəsmiləri isə ölkədəki etirazlar fonunda ABŞ və İsraili müdaxilədə ittiham edirlər.
12:45 01.02.2026
Oxunuş sayı: 820