Qətər və İran rəsmiləri bu məsələləri müzakirə edib
Qətər Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani Tehrana rəsmi səfəri çərçivəsində İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı tərəflər Yaxın Şərqdə artan regional gərginliyin azaldılması istiqamətində görülən tədbirləri və diplomatik səyləri müzakirə ediblər. Müzakirələrdə bölgədə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyi ön plana çıxıb.
Əl-Tani Qətərin bölgədə gərginliyin azaldılmasına, təhlükəsizliyi və sabitliyi gücləndirən dinc həll yollarının təşviqinə dəstək verdiyini vurğulayıb və region xalqlarını mümkün gərginliyin mənfi nəticələrindən qorumaq üçün səylərin artırılmasının vacibliyini qeyd edib.
12:26 01.02.2026
Oxunuş sayı: 620