Tramp İranla bağlı kritik qərarı gecikdirir
Dünən Yaxın Şərqdə Vaşinqtonun hərbi mövcudluğu artmaqda davam etdiyi bir vaxtda, ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün addımlarla bağlı hələlik yekun qərarın verilmədiyini açıqlayıb.
Crossmedia.az-ın məlumatına görə, Tramp "Air Force One" təyyarəsində jurnalistlərə bildirib ki, ABŞ-yə məxsus “çox böyük və güclü” hərbi gəmilər və aviadaşıyıcılar İran istiqamətində irəliləyir. Bununla belə, o, vəziyyətlə bağlı bütün variantların açıq qaldığını vurğulayıb və tərəflər üçün “məqbul” bir razılaşmanın əldə olunacağına ümid etdiyini deyib.
Vaşinqtonun mümkün hərbi əməliyyatlardan geri çəkilib-çəkməyəcəyi ilə bağlı suala cavab verən Tramp qeyd edib ki, bəzi dairələr bu addımın Tehranı daha da cəsarətləndirəcəyini düşünür, digərləri isə bununla razılaşmır. Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və əgər bu hədəf danışıqlar yolu ilə təmin olunarsa, diplomatik variant nəzərdən keçirilə bilər.
12:10 01.02.2026
Oxunuş sayı: 682