Tramp Obamanın həbsinə çağırış etdi
ABŞ Prezidenti Donald Tramp sabiq dövlət başçısı Barak Obamanı sərt ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp Obamanı Rusiya ilə əlaqələr mövzusunda ona qarşı saxta ittihamların hazırlanmasında günahlandıraraq, hətta onun həbs olunmalı olduğunu bildirib.
Trampın sözlərinə görə, Obama şəxsən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentlərinə onun əleyhinə yalan məlumatların uydurulması barədə göstəriş verib. O iddia edib ki, bu addımlar Trampın siyasi nüfuzuna zərbə vurmaq məqsədi daşıyıb.
Qeyd edək ki, Barak Obama və onun nümayəndələri Trampın bu ittihamlarına hələlik münasibət bildirməyiblər. ABŞ siyasi dairələrində Trampın açıqlamaları geniş müzakirələrə səbəb olub.
10:40 01.02.2026
Oxunuş sayı: 519