Tramp İrana son tarix verdi: İran 1 fevrala qədər razılıq verməsə...
ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarda irəli sürülmüş şərtlərin qəbulunu ən son 1 fevral tarixinə bağlayıb.
Əgər Tehran sabahadək razılıq verməsə, ABŞ-nin İrana qarşı hərbi zərbələr endirməsi ehtimalı yaranacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edilir ki, 1 fevral İranda 1979-cu il inqilabının reallaşması tarixidir və dövlət səviyyəsində qeyd olunur.
Bu ilin 47-ci ildönümü isə kifayət qədər gərgin atmosferdə baş tutacağı gözlənilir, bu da regional vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
23:55 31.01.2026
Oxunuş sayı: 451