Əraqçi: ABŞ hücumları dayandırsa, danışıqlar mümkündür
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Vaşinqton arasında danışıqlar aparıla bilər, amma bunun üçün ABŞ yeni hücum və təhdidlərin olmaması ilə bağlı öhdəlik götürməlidir.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, 2025-ci ilin iyunundan sonra ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra birbaşa əlaqə olmayıb və Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə sanksiyaların bərpası mexanizmini aktivləşdirməsi vəziyyəti pisləşdirib.
Əraqçi ümidini bildirib ki, diplomatiya üstünlük qazanacaq, lakin ABŞ hücum edərsə, İran sərt cavab verəcək. O əlavə edib ki, bu gün ölkə hücumlara qarşı əvvəlkindən daha yaxşı hazırdır.
Türkan Kərimli
21:05 31.01.2026
Oxunuş sayı: 568