İranda Qum şəhərində partlayış baş verib
İranın Qum şəhərində bir neçə dəqiqə əvvəl partlayış baş verdiyi barədə məlumatlar yayılıb.
Crossmedia.az xəbər verir ki, sosial mediada paylaşılan videolarda şəhərin bəzi yerlərindən qara tüstü qalxdığı görünür. Videolardan birində sakinlərdən biri partlayış səsi eşitdiyini bildirir.
Hadisənin mahiyyəti, dəqiq yeri və səbəbi barədə rəsmi açıqlama verilməyib.
Əlavə təfərrüatlar məlum deyil.
19:15 31.01.2026
Oxunuş sayı: 1154