SEPAH Təngsiri ilə bağlı sui-qəsd xəbərlərini təkzib edib
İran SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiriyə qarşı sui-qəsd cəhdi ilə bağlı yayılan məlumatları rədd edib.
Crossmedia.az xəbər verir ki, rəsmi bəyanatda Təngsirinin Bəndər Abbas şəhərində baş verən partlayış nəticəsində həlak olması barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib. SEPAH həmçinin Hörmüzqan əyalətindəki dəniz bazalarına pilotsuz uçuş aparatları ilə hücum iddialarını da təkzib edib.
Bundan əlavə, İranın müxalif media qurumları partlayış nəticəsində biri uşaq olmaqla azı 14 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildirir. Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama hələ verilmayıb.
Türkan Kərimli
19:30 31.01.2026
Oxunuş sayı: 536