Misir ABŞ-İran gərginliyini azaltmaq üçün diplomatik səyləri intensivləşdirir
Misir Yaxın Şərqdə artan gərginliyin və ABŞ-İran böhranının genişmiqyaslı toqquşmaya çevrilməsinin qarşısını almaq məqsədilə diplomatik fəaliyyətini gücləndirib.
Crossmedia.az xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdülati bu çərçivədə İranın xarici işlər naziri Abbas Əraqçı, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof, Qətərin baş naziri və XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Omanın xarici işlər naziri Bədr Əl-Busəidi ilə telefon danışıqları aparıb.
Nazir danışıqlar zamanı regionda gərginliyin azaldılması üçün dialoqun vacibliyini qeyd edib və mövcud böhranlara hərbi həll yolunun olmadığını bildirib. Onun sözlərinə görə, bölgədə davam edən qeyri-sabitlik bütün tərəflər üçün ciddi nəticələr doğura bilər.
Əbdülati tərəfləri təmkinli davranmağa və diplomatik kanalları açıq saxlamağa çağırıb.
Türkan Kərimli
20:18 31.01.2026
Oxunuş sayı: 767