İran rəsmisi: ABŞ-nin mümkün hücumu sarsıdıcı cavabla qarşılanacaq
İran rəsmiləri bildiriblər ki, nüvə məsələsində mövcud problemlər aradan qaldırılacağı təqdirdə və sanksiyalar ləğv olunarsa, ölkə enerji sahəsi başda olmaqla qarşılıqlı maraqlara uyğun yeni əməkdaşlıq layihələrinə açıq ola bilər.
Crossmedia.az xəbər verir ki, İran tərəfi əvvəlki müharibədən ciddi dərslər çıxardıqlarını və daha güclü hazırlığa malik olduqlarını vurğulayıb. Məlumata görə, ballistik raketlər tam hazır vəziyyətdə saxlanılır və əsas imkanlar yenidən qiymətləndirilib.
Rəsmilər bildiriblər ki, bu, ABŞ-yə verilən ən açıq mesajdır: hücum olduğu halda İran sarsıdıcı, sürətli və son dərəcə güclü cavab zərbəsi endirəcək.
Türkan Kərimli
18:44 31.01.2026
Oxunuş sayı: 1129