Rusiya “kölgə donanmasının” təhlükəsizliyini hərbi müşayiətlə təmin etməyi planlaşdırır
Rusiya hakimiyyəti “kölgə donanması” adlandırılan gəmilərin təhlükəsizliyini artırmaq üçün onları hərbi gəmilərlə müşayiət etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu qərar dost olmayan dövlətlərin artan təzyiqləri fonunda qəbul edilib. Məlumata görə, hərbi müşayiət gəmilərin səfərləri zamanı təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq.
Rusiya rəsmiləri bildirib ki, görülən tədbirlər ölkənin dənizdəki strateji maraqlarının qorunması üçün vacib hesab olunur.
Türkan Kərimli
18:20 31.01.2026
Oxunuş sayı: 689