Rusiya Amerikanın hazırladığı proqramı blokladı - SƏBƏB
Rusiya Ukrayna məsələsini gündəlikdən çıxarmaqdan imtina etdiyi üçün ABŞ-ın hazırladığı BMT Təhlükəsizlik Şurasının dekabr proqramını blokladı.
Crossmedia.az xəbər verir ki, Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski, “Mövqeyimiz əvvəlcədən açıq idi. ABŞ və Böyük Britaniya bu məsələni gündəlikdə saxlamaq qərarında israr etdi, nəticədə təsdiqlənmiş bir proqram olmadı,”- deyə bildirib.
ABŞ dekabrın 1-dən BMT TŞ-nin sədri vəzifəsini icra etməyə başlayıb. TŞ-nin gündəliyi üzv ölkələrin razılığı ilə təsdiqlənir və hesabat dövrünə uyğun məsələləri əhatə etməlidir. Rusiya Ukraynanın bu kateqoriyaya aid olmadığını vurğulayıb.
Gültac Mehdizadə
05:46 03.12.2024
Oxunuş sayı: 7215