ABŞ Ermənistanın modul nüvə elektrik stansiyasını inşa edə bilər
Erməni KİV-lərinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Vens Ermənistana səfəri zamanı modul tipli nüvə elektrik stansiyasının inşasının ABŞ-a həvalə olunmasını nəzərdə tutan sənəd imzalanması gözlənilir.
Crossmedia.az qeyd edib ki, əvvəlcə bu layihəyə Rusiya maraq göstərmişdi, lakin hazırda ABŞ-la danışıqların aparılması gündəmə gəlib.
Layihənin reallaşması regional enerji siyasətinə təsir göstərə və Ermənistanın enerji təhlükəsizliyini gücləndirə bilər.
12:09 29.01.2026
Oxunuş sayı: 479