İranda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 9 yaşlı uşaq həlak olub
İranın Hörmüzqan əyalətinin Sirik rayonunda təhlükəsizlik qüvvələrinin açdığı atəş faciə ilə nəticələnib.
Crossmedia.az-ın verdiyi məlumata görə, İran təhlükəsizlik qüvvələrinin dəniz bölmələri avtomobili təqib edərkən atəş açıb. Hadisə zamanı yol kənarında olan 9 yaşlı bəluç mənşəli uşaq gülləyə tuş gələrək hadisə yerində həyatını itirib.
Yerli mənbələrin bildirdiyinə görə, uşağın ölümündən sonra ərazidə gərginlik yaranıb. Yerli sakinlər təhlükəsizlik qüvvələri ilə toqquşmalara başlayıblar.
Baş verən iğtişaşlar zamanı ən azı iki xidməti avtomobil yandırılıb, təhlükəsizlik qüvvələrinin əməkdaşlarından birinin isə ağır yaralandığı bildirilir.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib. Bölgedə təhlükəsizlik tədbirləri gücləndirilib.
11:46 29.01.2026
Oxunuş sayı: 499