ABŞ 48 saat ərzində İrana hücum edəcək
ABŞ Tehrana təzyiqləri kəskinləşdirib və nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olarsa, yaxın 48 saat ərzində hərbi hücum imkanını nəzərdən keçirir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın ətrafında müxtəlif ssenarilər müzakirə olunur — nüvə obyektlərinə məhdud zərbələrdən tutmuş hərbi və dövlət infrastrukturlarına geniş hücumlara qədər. Regiona artıq ABŞ Hərbi Dəniz Qüvvələri və aviasiya qüvvələri göndərilib.
İran isə vasitəçilər vasitəsilə dialoqa hazır olduğunu bildirir, eyni zamanda hücum halında sərt cavab verəcəyini xəbərdarlıq edir. Bu fonada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ–İran–Türkiyə üçtərəfli sammiti, o cümlədən videokonfrans formatında keçirməyi təklif edib. Türkiyə mənbələri bildirir ki, təşəbbüs Vaşinqton tərəfindən müsbət qarşılanıb.
11:06 29.01.2026
Oxunuş sayı: 410