ABŞ İrandan gələn təhlükəyə qarşı bölgədə qüvvələrini gücləndirir
Dünən ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinin İranın mümkün cavab hücumları riskinə qarşı hazır vəziyyətdə olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki,Rubionun sözlərinə görə, bölgədə səkkiz-doqquz hərbi obyekt üzrə ümumilikdə 30–40 min ABŞ hərbçisi yerləşdirilib və bu bazalar İranın dronları və qısamənzilli ballistik raketlərinin əhatə dairəsindədir.
O bildirib ki, ABŞ bölgədəki hərbi mövcudluğunu mümkün hücumların qarşısını almaq və qüvvələrini qorumaq üçün kifayət qədər gücləndirməlidir. Rubio əlavə edib ki, prezident Donald Tramp qabaqlayıcı müdafiə addımı atmaq seçimini də gündəmdə saxlayır
Dövlət katibi vurğulayıb ki, əsas məqsəd regiondakı ABŞ hərbçilərinə və obyektlərinə qarşı mümkün hücumların qarşısını almaq üçün hazır vəziyyətdə olmaqdır.
10:33 29.01.2026
Oxunuş sayı: 398