Tehran raket və nüvə proqramından imtina etmədi
Omanda İran və ABŞ arasında aparılan dolayı danışıqlar dayandırılıb.
Crossmedia.az-ın Al Monitor nəşrinə istinadən yaydığı məlumata görə, bir neçə gündür davam edən dialoq prosesində İran tərəfi ballistik raket proqramını və nüvə fəaliyyətlərini tam şəkildə dayandırmaq tələblərini qəti şəkildə rədd edib.
Mənbənin bildirdiyinə görə, məhz bu məsələ tərəflər arasında əsas fikir ayrılığına səbəb olub və nəticədə danışıqların davam etdirilməsi mümkün olmayıb.
Qeyd olunur ki, ABŞ tərəfi İranın hərbi və nüvə potensialının məhdudlaşdırılmasını dialoqun əsas şərti kimi irəli sürsə də, Tehran bunu milli təhlükəsizlik və suverenlik məsələsi kimi qiymətləndirərək qəbul etməyib.
Danışıqların dayandırılması Vaşinqton–Tehran münasibətlərində gərginliyin yenidən artacağı ehtimalını gücləndirir.
10:06 29.01.2026
Oxunuş sayı: 418