Abdullah Öcalandan diqqətçəkən açıqlama: Türkiyəni artıq öz dövlətim kimi görürəm
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan regional gələcəklə bağlı maraq doğuran fikirlər səsləndirib.PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan regional gələcəklə bağlı maraq doğuran fikirlər səsləndirib.
Crossmedia.az-ın yaydığı məlumata görə, Öcalan bildirib ki, Türkiyəni artıq öz dövləti kimi qəbul edir və bölgədə yeni siyasi inteqrasiya modelinin formalaşmasının mümkün olduğunu düşünür.
Onun sözlərinə görə, Türkiyə mərkəzli demokratik inteqrasiyaya Suriya və İraqın qoşulması regional sabitlik baxımından mühüm addım ola bilər. Bu prosesin birgə şəkildə həyata keçirilməsi halında isə İranın da zamanla bu inteqrasiyaya məcbur qalacağını iddia edib.
Öcalan vurğulayıb ki, İranda yaşayan azərbaycanlılar bölgənin gələcəyində mühüm rola malikdir və onların əhəmiyyəti kürdlərlə eyni səviyyədə qiymətləndirilməlidir.
O, azərbaycanlıların da demokratik inteqrasiya prosesinə cəlb olunmasının nəticəsində bu modelin daha geniş miqyas alaraq “Orta Şərq Birliyi”nə çevrilə biləcəyini qeyd edib.
Öcalan fikirlərini belə yekunlaşdırıb:
“Bütün bu proseslər yalnız demokratik inteqrasiya yolu ilə və birlikdə baş verə bilər.”
Qeyd edək ki, açıqlama regional siyasət və təhlükəsizlik müstəvisində ciddi müzakirələrə səbəb ola biləcək məqamlarla diqqət çəkir.
09:32 29.01.2026
Oxunuş sayı: 346