İran Ermənistana xəbərdarlıq etdi
İran İrəvanda baş verən aksiyalara görə Ermənistana xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Son həftələrdə Ermənistanda yaşayan bir qrup iranlı və Türkiyədən gələn şəxslər İrəvandakı İran səfirliyi qarşısında etiraz aksiyaları keçirərək İslam Respublikasının rəsmilərinə hörmətsizlik ediblər.
İran hökuməti Ermənistandan bu aksiyaların qarşısını almaq və əməkdaşlığa mane olan addımlara son qoymağı tələb edir. Əks halda, Tehran İrəvanın “əsas dostlarından birini incitdiyini” bildirərək münasibətlərin risk altında olduğunu vurğulayıb.
İran rəsmiləri, Ermənistan hökumətinin aksiyalara laqeyd yanaşmayacağını və ciddi tədbirlər görəcəyini gözləyir.
09:55 29.01.2026
Oxunuş sayı: 369