İran: Təl-Əvivin mərkəzi hədəf ola bilər
İranın ali dini liderinin baş müşaviri Əli Şamxani ABŞ və İsrailə qarşı sərt bəyanatla çıxış edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, “məhdud zərbə” anlayışı reallığı əks etdirmir.
ABŞ-nin istənilən yerdə, istənilən miqyasda həyata keçirəcəyi hərbi əməliyyat Tehranın nəzərində müharibənin başlanğıcı kimi qiymətləndiriləcək.
Şamxaninin sözlərinə görə, belə bir halda İranın cavabı dərhal, hərtərəfli və misli görünməmiş olacaq.
O vurğulayıb ki, cavab tədbirləri yalnız təcavüzkara deyil, onu dəstəkləyən qüvvələrə də yönələcək və Təl-Əvivin mərkəzi potensial hədəflər sırasında olacaq.
22:35 28.01.2026
Oxunuş sayı: 448