İtaliya vətəndaşlarına təcili xəbərdarlıq edib: İranı tərk edin!
İtaliya hökuməti öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tehrandakı İtaliya səfirliyi əməkdaşlarının sayını azaltmaq qərarı verib və təhlükəsizlik risklərinin artdığını bildirib.
İtaliyanın xarici işlər naziri açıqlamasında qeyd edib ki, bu qərar Tehrandakı İtaliya səfiri, regionda fəaliyyət göstərən digər italyan diplomatları, eləcə də Müdafiə Nazirliyi və kəşfiyyat qurumlarının nümayəndələri ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.
19:48 28.01.2026
Oxunuş sayı: 537