Konya’da YRP-dən AK Parti-yə kütləvi keçid: 6 ilçe bələdiyyəsi əl dəyişdirdi
31 mart 2024-cü il yerli seçkilərində Yenidən Refah Partiyasının (YRP) Konya vilayətində qazandığı 6 ilçe bələdiyyəsinin rəhbərləri təxminən 1,5 il sonra AK Parti sıralarına qoşulub. Bununla da Konya’da YRP-nin idarə etdiyi heç bir ilçe bələdiyyəsi qalmayıb.
Crossmedia.az Haber Merkezinə istinadən xəbər verir ki, siyasi kulislərdə uzun müddətdir müzakirə olunan keçid prosesi 26 yanvar 2026-cı il tarixində rəsmiləşib. AK Parti Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclası çərçivəsində təşkil olunan mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bəzi bələdiyyə başçılarına partiya nişanları təqdim olunub və partiya dəyişiklikləri tamamlanıb.
Bu dəyişikliklərlə Konya vilayətində YRP-nin nəzarətində olan ilçe bələdiyyəsi qalmayıb.
AK Parti-yə keçən ilçe bələdiyyələri bunlardır:
• Çumra
• Doğanhisar
• Altınekin
• Yalıhüyük
• Sarayönü
• Emirgazi
Sevinc Yarməmmədova
19:20 28.01.2026
Oxunuş sayı: 493