Moskvanın regional siyasəti tənqid olundu
“Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində postsovet ölkələrinə qarşı sərt bəyanatlar yenidən səsləndirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Politoloq Sergey Mixeyev Rusiyanın regiondakı siyasətini səmərəsiz adlandırıb.
O “bərabər tərəfdaşlıq” modelinin iflasa uğradığını və Moskvanın miqrasiya və yardım məsələlərində güzəştə gedib siyasi dividendlər əldə etmədiyini iddia edib.
Aparıcı Vladimir Solovyov da bu fikirləri dəstəkləyərək, qonşu ölkələrin reaksiyalarının deyilənləri təsdiqlədiyini vurğulayıb.
18:40 28.01.2026
Oxunuş sayı: 382