Putin Suriyanı bərpa edəcək?
Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkənin müdafiə-sənaye kompleksi Suriyanın müharibədən zərər görmüş infrastrukturunun bərpasına yardım etməyə hazırdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Putin qeyd edib ki, Rusiya texnologiyaları və hərbi-sənaye imkanları regionun bərpasında effektiv istifadə oluna bilər.
Məlumatlara görə, tərəflər arasında iqtisadi və texniki əməkdaşlıq perspektivləri də müzakirə edilir.
Ekspertlər hesab edirlər ki, bu təşəbbüs Moskva–Dəməşq münasibətlərində yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilər və regionda geosiyasi balanslara təsir göstərə bilər.
17:48 28.01.2026
Oxunuş sayı: 338