Vaxt tükəndi Növbəti zərbə daha ağır olacaq
ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama ilə çıxış edib. O bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri İrana münasibətdə Venesuela ilə bağlı tətbiq edilən ssenariyə bənzər addımlar atmağa hazırdır.
Crossmedia.az xəbər verir ki, Amerika lideri öz sözlərində : "“vaxt artıq tükənir” və əgər Tehran mövcud vəziyyəti dəyişməsə, növbəti mümkün hücum əvvəlkilərdən xeyli ağır olacaq." deyə bildirib.
Tramp İran rəhbərliyini bu ssenarinin qarşısını almağa çağıraraq vurğulayıb ki, vəziyyətin daha da gərginləşməsinin yeganə yolu diplomatik həll variantıdır.
“Ümid edirəm ki, İran tez bir zamanda danışıqlar masasına əyləşəcək”, – deyə ABŞ prezidenti qeyd edib.
Açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda Vaşinqtonun Tehrana qarşı ritorikasının daha da sərtləşdiyini göstərir.
17:26 28.01.2026
Oxunuş sayı: 389