Netanyahu: Türk və Qətər qoşunları Qəzzada olmayacaq
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza sektoruna dair ikinci mərhələ sülh planına həsr olunmuş Knesset plenar iclasında çıxış edərkən bildirib ki, Qəzza bölgəsində türk və qətər hərbçilərinin iştirakı mümkün deyil.
Crossmedia.az bu barədə İsrail KİV-nə istinadən məlumat verir.
Onun sözlərinə görə, Qətər və Türkiyə “faktiki olaraq Sülh Şurasının məsləhət komitəsinin tamhüquqlu üzvləri deyillər” — bu, onun vurğuladığı üç komissiyadan biridir və, Netanyahuya görə, onlar real səlahiyyətə, təsirə və ya hərbi iştirakçılığa malik deyil.
O, həmçinin bildirib ki, hazırda İsrail Müdafiə Ordusu Qəzza sektorunun təxminən 53%-ni nəzarətdə saxlayır və baş nazirin qiymətləndirməsinə görə, bu, “məqbul mövqe” statusu daşıyır.
Turqut Ansari
16:45 28.01.2026
Oxunuş sayı: 472