Zelenski açıqladı: Kritik razılaşma yaxınlaşır
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la ölkənin müharibədən sonrakı bərpasına dair saziş üzrə aparılan danışıqların gedişi haqqında açıqlama verib.
Crossmedia.az bu barədə Ukrayna KİV-nə istinadən məlumat verir.
“Danışıqlar qrupumuz və hökumət rəsmiləri ilə birlikdə ABŞ-la müharibədən sonrakı bərpa üzrə sazişdə daha dərindən işlənməli olan məsələləri müəyyənləşdirdik. Amerika tərəfi ilə iş fəal şəkildə davam edir, Ukrayna tərəfi isə maksimum operativlik nümayiş etdirir. Danışıqlarda konstruktiv mövqeyə görə Amerika Birləşmiş Ştatları prezidentinin nümayəndələrinə təşəkkür edirəm. Mümkün qədər tez nəticə əldə etməliyik”, — deyə Zelenski özünün “Telegram” kanalında yazıb.
Turqut Ansari
15:54 28.01.2026
Oxunuş sayı: 393