Bloqer Hüseyn Həsənov barəsində qiyabi həbs qərarı verilib
Rusiyanın Moskva şəhər məhkəməsi bloqer Hüseyn Həsənov barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçib. Bu barədə paytaxtın Cənub İnzibati Dairəsi Prokurorluğu məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən məlumat verir ki, Hüseyn Həsənova xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması maddəsi üzrə ittiham irəli sürülüb. O, axtarışa verilib.
İstintaqın versiyasına görə, bloqer fərdi sahibkar kimi fəaliyyət göstərərkən real gəlirlərini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan artıq vergi ödəməyib. Pul vəsaitlərinə qanuni görüntü vermək məqsədilə o, bir sıra maliyyə əməliyyatları həyata keçirib və 1-ci Krasnoqvardeyski proyezdində yerləşən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı 68 milyon rubldan artıq məbləğdə sövdələşməni rəsmiləşdirib.
Turqut Ansari
15:48 28.01.2026
Oxunuş sayı: 318