Qapılar bağlanır? -Ukraynanın Aİ arzusu sual altına düşdü
Son illərdə Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesi ölkənin xarici siyasətində əsas istiqamətlərdən birinə çevrilib. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra bu məsələ daha da aktuallaşıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin 2027-ci ildə ölkəsinin Aİ-yə üzv olacağını bəyan etməsi də müzakirələrə səbəb olub.
Bu barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, bu açıqlama Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olacağı anlamına gəlmir.
Onun sözlərinə görə, Zelenski eyni zamanda informasiya müharibəsi aparır:
“Zelenski göstərmək istəyir ki, bu qədər müharibə, bu qədər itki, bu qədər qan nəticəsiz qalmayacaq. Yəni məqsəd Avropa Birliyinə üzv olmaq, NATO-ya üzv olmaqdır. Bunu deməlidir və deyir”.
Politoloq qeyd edib ki, bu açıqlamalar həm də Avropa tərəfdaşlarına ünvanlanıb:
“Bu gün Zelenski avropalı tərəfdaşlara da mesaj verir ki, biz gözləyirik. Amma mən şəxsən bunu real görmürəm”.
Mehriban Yariyeva
15:39 28.01.2026
Oxunuş sayı: 498