Ukrayna 2026-cı ildə 7 milyondan çox pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi hədəfləyir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Sergey Boyev məlumat verib.
Onun sözlərinə görə, planlaşdırılan istehsal həcmlərinə çatmaq üçün Kiyevin Qərb tərəfdaşlarından əlavə maliyyə dəstəyinə ehtiyacı var. Boyev vurğulayıb ki, mövcud imkanlar böyük artımı təmin etmək üçün kifayət etmir və beynəlxalq dəstək həlledici rol oynayır.
Xatırladaq ki, Ukrayna 2024-cü il üçün təxminən 1 milyon dron almağı planlaşdırmışdı. 2025-ci il üçün isə müxtəlif təyinatlı 4,5 milyon pilotsuz uçuş aparatının tədarükü nəzərdə tutulmuşdu. Yeni hədəflər dron istehsalının hərbi strategiyada əsas prioritetlərdən birinə çevrildiyini göstərir.