İranla müharibə an məsələsidir? Tramp dünyanı silkələdi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı təzyiqlərin artdığını açıqlayaraq açıq xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, ABŞ-nin böyük hərbi qüvvələri hazırda İrana doğru irəliləyir. Onun sözlərinə görə, “başqa bir böyük armada İrana doğru hərəkətdədir” və Vaşinqtonun ümidinin diplomatik razılaşmaya nail olmaq olduğu vurğulanıb.
ABŞ Prezidenti xatırladıb ki, 2025-ci ilin iyununda İranın Fordo, Nətənz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə zərbələr endirilməsəydi, Tehran bir ay sonra nüvə silahına sahib ola bilərdi. Tramp qeyd edib ki, ABŞ bunun qarşısını almaq üçün addım atmalı idi.
O, İranla bağlı mövcud vəziyyəti “dəyişkən” adlandıraraq, hərbi təzyiqlərlə yanaşı diplomatik yollarla razılaşmanın vacibliyini də xüsusi qeyd edib. ABŞ Prezidenti bildirib ki, Vaşinqtonun əsas məqsədi regionda təhlükəsizliyin təmin olunmasıdır.
14:53 28.01.2026
Oxunuş sayı: 425