CROSSMEDIA - Husilər ABŞ gəmilərinə hücum edib
Xarici xəbərlər

Husilər ABŞ gəmilərinə hücum edib

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzi və Oman dənizində üzən ABŞ gəmilərinə hücum edib.

Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Ədən körfəzi və Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücumları ilə gündəmə gələn İran dəstəkli husilər növbəti dəfə ABŞ gəmilərini hədəfə alıb. Husilərin sözçüsü Yəhya Sərinin verdiyi açıqlamada ABŞ ordusuna bağlı hərbi gəmilər və təchizat gəmilərinə hücum edildiyi bildirilib. Hücumlarda 16 ballistik raket, 1 qanadlı raket və 1 pilotsuz uçuş aparatından (PUA) istifadə edildiyi qeyd olunub.

ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumata görə, “Hücum zamanı yaralanan və mülki itki olmayıb, “ABŞ döyüş gəmiləri 3 gəmi əleyhinə ballistik raketi (ASBM), 3 tək yönlü hücum pilotsuz təyyarəsini (OWA UAS) və 1 ədəd gəmi əleyhinə raketi zərərsizləşdirməklə, mülki gəmilərin və şəxsi heyyətin, təhlükəsizliyini təmin edib”. 

Bahar Musayeva

12:40 02.12.2024

Oxunuş sayı: 10883

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR