CROSSMEDIA - Kremldən Bəşər Əsədə DƏSTƏK
Xarici xəbərlər

Kremldən Bəşər Əsədə DƏSTƏK

Rusiya Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edir və ölkədəki vəziyyəti təhlil edir. 

Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz Bəşər Əsədlə təmasları davam etdiririk və vəziyyətin sabitləşməsi üçün lazım olan mövqeyi formalaşdırmaq üzərində işləyirik”, – deyə Peskov bildirib.

Qeyd edək ki, ötən həftə hökumət əleyhinə qüvvələr İdlib və Hələb bölgələrində hücuma keçərək bir neçə yaşayış məntəqəsini, o cümlədən Hələb şəhərinin bir hissəsini nəzarətə götürüblər. Suriya ordusu üsyançıların bölgədə cəmləşdiyini təsdiqləyib və hökumət qüvvələri müdafiəni gücləndirərək hava zərbələri ilə cavab verir.

Gültac Mehdizadə

11:47 02.12.2024

Oxunuş sayı: 5338

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR