NATO-nun baş katibi Qrenlandiya ilə bağlı güzəştə getməyi təklif etdi
NATO-nun baş katibi Mark Rutte Qrenlandiya ilə bağlı kompromis təklif etdi. Bu kompromis çərçivəsində Danimarka ABŞ-a adanın kiçik əraziləri üzərində hərbi bazaların tikintisi üçün suverenlik hüququ verəcək. Bu barədə "The New York" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, NATO-nun hərbi rəsmiləri Qrenlandiya ilə bağlı kompromis müzakirə etdilər. Bu kompromis çərçivəsində Danimarka ABŞ-a Qrenlandiyanın kiçik əraziləri üzərində suverenlik hüququ verəcəkdi. Burada ABŞ hərbi bazalar tikə bilər. Onların fikrincə, belə bir kompromis ideyası NATO-nun baş katibinə məxsusdur.
Eyni zamanda, NATO-nun sözçüsü Allison Hart bildirib ki, Danimarka, Qrenlandiya və ABŞ "Rusiya və Çinin Qrenlandiyada nə iqtisadi, nə də hərbi cəhətdən heç vaxt möhkəmlənməməsini" təmin etmək üçün danışıqları davam etdirəcəklər. (trend)
08:33 22.01.2026
Oxunuş sayı: 999