CROSSMEDIA - Britaniya qoşunları Ukraynaya göndərilsin - TƏKLİF
Xarici xəbərlər

Britaniya qoşunları Ukraynaya göndərilsin - TƏKLİF

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson çoxmillətli sülhməramlı missiyanın bir hissəsi olaraq Ukraynaya Britaniya qoşunlarını göndərməyə çağırıb. 

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, belə bir addım Donald Trampın təklif etdiyi sülh planının bir hissəsi olacaq və münaqişənin davamlı həllinə dəstək məqsədi daşıyacaq.

Conson dəqiqləşdirib ki, Böyük Britaniya və digər Avropa ölkələrindən olan qoşunlar hərbi əməliyyatlarda iştirak etməyəcək, lakin diqqətini sərhəd nəzarətinə və Ukraynanın bərpasına kömək edəcək. Siyasətçi belə bir missiyada Böyük Britaniyanın rolunun son dərəcə əhəmiyyətli olduğunu və onun iştirakı olmadan belə bir əməliyyatın həyata keçirilməsinin çətin olacağını vurğulayıb.

Qeyd edək ki, Consonun bəyanatı Ukraynadakı münaqişənin həlli perspektivləri və regionda sülhün təmin olunmasında Qərbin rolu ilə bağlı müzakirələrin bir hissəsinə çevrilib.

Gültac Mehdizadə

13:43 29.11.2024

Oxunuş sayı: 4055

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR