Kreml Yaponiyanı sülh müqaviləsi danışıqlarına mane olmaqda ittiham edib
Rusiyanın mətbuat katibi Dmitri Peskov bildirib ki, Yaponiyanın sanksiyalara və Qərb siyasətinə dəstəyi Rusiya ilə sülh müqaviləsi üzrə danışıqlara mane olur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o qeyd edib ki, əvvəllər Moskva və Tokio arasında ikitərəfli münasibətlərin mürəkkəb məsələləri üzrə fəal dialoq olub, lakin Yaponiyanın Rusiya iqtisadi operatorlarına qarşı sanksiyalara və məhdudlaşdırıcı tədbirlərə qoşulmaq qərarı bu danışıqlara mane olub.
Peskov dialoqun dayandırılmasının təşəbbüskarının Rusiya deyil, Yaponiya olduğunu vurğulayaraq, mövcud vəziyyətin ərazi və müqavilə məsələləri üzrə substantiv danışıqların mümkünlüyünü istisna etdiyinə diqqət çəkib.
Qeyd edək ki, bu bəyanat Yaponiyanın baş naziri Şiqeru İşibanın Tokionun ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq istəyi ilə bağlı dediyi sözlər fonunda verilib.
Gültac Mehdizadə
11:39 29.11.2024
Oxunuş sayı: 5633