Sumqayıtda 700 abonent qazsız qalacaq
Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri, Beton zavodunun ərazisində yerləşən 76 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan etibarən təmir işlərinə başlanılacaq.
Bu səbəbdən ərazidəki 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
12:35 05.01.2026
Oxunuş sayı: 1813