Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsini təsdiqləyib
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclasında baş tutub.
İclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilib.
Bildirilib ki, Rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib.
Müzakirələrin nəticəsində Rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.
Kollegiya iclasında, həmçinin "Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi" müzakirə edilib. İş Planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyətlər əks olunub. Müzakirələrin nəticəsində İş Planının təsdiq edilməsi barədə qərar qəbul olunub.
İclasın sonunda gündəlikdə olan cari məsələlərə baxılıb.
12:29 15.12.2025
Oxunuş sayı: 1070