CROSSMEDIA - Litva BCM-nin Netanyahuya qarşı orderini icra etməyə hazırdır
Xarici xəbərlər

Litva BCM-nin Netanyahuya qarşı orderini icra etməyə hazırdır

Litva İsrailin baş naziri Binyamin Netanyahunun ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbsinə dair orderi icra etməyə hazırdır. 

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və Prezident Aparatı məlumat yayıb.

“BCM-nin orderləri Litva da daxil olmaqla Roma Statutunun bütün üzv dövlətləri üçün məcburidir. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs ölkəyə gələrsə, hüquq-mühafizə orqanlarından müəyyən edilmiş protokollara uyğun hərəkət etmələri tələb olunur”, - deyə Ədliyyə Nazirliyindən bildirilib.

Prezident Aparatı Litvanın BCC-nin fəaliyyətinə dəstəyini, eləcə də onun müstəqilliyinə və qərəzsizliyinə hörmətini vurğuladı.

Gültac Mehdizadə

11:47 26.11.2024

Oxunuş sayı: 4551

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR