Müsabiqə qalibi ilə müsahibə: "Yüksəliş"də qalib gəlmək insanın özünü sübut etməsi deməkdir" - ANONS
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki “Yüksəliş”in IV müsabiqənin qaliblərindən biri olan Səbuhi Göyüşovdur. Həmin müsahibədən əsas fikirləri təqdim edirik:
— "Yüksəliş" müsabiqəsində qalib gəlmək mənim üçün insanın özünü sübut etməsi deməkdir".
— "Yüksəliş"də iştirak etmək mənim üçün özümü sınamaq və fərqlənmək imkanı yaratdı".
— "Yarışda iştirak etdikdə başa düşürsən ki, hansı miqyasda yarış gedir- 15 min nəfərdən 25 nəfər qalib olur".
Qeyd edək ki, müsahibə yaxın günlərdə dərc olunacaq.
Elmir Heydərli
11:35 04.12.2025
Oxunuş sayı: 2012