"Yüksəliş" qaliblərindən neçə nəfərin hazırda vəzifədə olduğu açıqlanıb
"Yüksəliş" müsabiqəsində 116 nəfər qalib arasından 40-a yaxın iştirakçının vəzifə yüksəlişi olub.
Crossmedia.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev "Yüksəliş" müsabiqəsinin "Zəfərdən Yüksəliş"ə kvizində jurnalistlərə açıqlamasında deyib.
Fərhad Hacıyev əlavə edib: "Biz prosesləri izləyirik. İnanırıq ki, qalib olub-olmamasından asılı olmayaraq bütün "Yüksəliş" müsabiqəsi iştirakçılarının həyatında bir yüksəliş baş verir".
Ayhan
13:04 16.11.2025
Oxunuş sayı: 1639