"Yüksəliş"in işçi qrupunun rəhbəri : Müsabiqə cəmiyyətdə böyük inam qazanıb
Bu müsabiqə cəmiyyətimiz üçün böyük fenomenə çevrilib.
Crossmedia.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev "Yüksəliş" müsabiqəsinin "Zəfərdən Yüksəliş"ə kvizində jurnalistlərə açıqlamasında deyib.
Fərhad Hacıyev əlavə edib ki, müsabiqənin yeni mərhələsi hələ başlamasa da, iştirak etmək istəyənlər çoxdur: "Biz bunu həm sosial şəbəkələrdən, həm də bizə olunan müraciətlərdən görürük. Müsabiqəmiz cəmiyyətimizdə çox böyük nüfuz və inam qazanıb".
Ayhan
13:02 16.11.2025
Oxunuş sayı: 1624