Ağdam rayonunda tikinti zamanı bədbəxt hadisə baş verib.
Hadisə
Ağdamda tikinti zamanı bədbəxt hadisə baş verib
Crossmedia.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisindəki tikinti sahəsində qeydə alınıb.
Həmin ərazidə bina tikintisində fəhlə işləyən 2001-ci il təvəllüdlü Sabir Sahib oğlu Camili ehtiyatsızlıqdan betonqarışdıran maşının altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
11:17 13.11.2025
Oxunuş sayı: 1242