Əhmədlidə baş verən sürüşmə zamanı xəsarət alan olmayıb
Əhmədli qəsəbəsində baş verən sürüşmə zamanı xəsarət alan olmayıb.
Crossmedia.az xəbər verir ki, bunu Əhmədli qəsəbəsində qeydə alınan sürüşmə ilə əlaqədar jurnalistlərə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov deyib.
O, rayonda yaşıllaşma işlərinin aparıldığını, yeni əkilən ağaclara avtotexniki qulluq məqsədilə əraziyə çox sayda su xətlərinin çəkildiyini qeyd edib:
"Həmin su xətlərin birində baş verən sızma nəticəsində su bir hissəyə yayılıb. Bu səbəbdən, o ərazidə sürüşmə baş verib. Hadisədən sonra dərhal həmin xətt müəyyən edilərək təmir olunub. Hazırda ərazidə təmizlik işləri aparılır. Müvafiq dövlət qurumlarına hadisə barəsində məlumat verilib".
P.İmanov qeyd edilən ərazinin sürüşmə zonası olmadığını vurğulayıb: "Bu, sırf texniki problem səbəbindən baş verib. Hadisə zamanı xəsarət alan olmayıb". (Report)
12:25 12.11.2025
Oxunuş sayı: 1426