İsraildə orduda böhran: son dörd ayda 12 əsgər intihar edib
İsrail ordusunun ehtiyatda olan iki əsgəri dünən intihar edib, onlardan biri öz həyatına son verməzdən əvvəl sosial mediada bir qeyd buraxıb: "Artıq dözə bilmirəm. Göz yaşlarımla sizə vida edirəm; Məsih ilə birlikdə görüşəcəyik".
Crossmedia.az İsrail mediasına istinadən xəbər verir.
Bu, son dörd ayda intihar edən 12 İsrail əsgərinin ümumi sayını göstərir. Knessetin hesabatına görə, 2024-cü ildən bəri 279 IDF əsgərinin intihara cəhd edib.
21:38 02.11.2025
Oxunuş sayı: 1872