OPEC+ ölkələri neft hasilatı ilə bağlı qərarını açıqladı
OPEC+ çərçivəsində könüllü neft hasilatı azaldılmasına əməl edən yeddi ölkə noyabr ayında mövcud hasilat kvotalarını dəyişməmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, OPEC bu barədə məlumat yayıb.
Qərara əsasən, Rusiyanın 2026-cı ilin noyabrı üçün gündəlik neft hasilatı kvotası 9,949 milyon barrel, Səudiyyə Ərəbistanının 10,478 milyon barrel, İraqın 4,431 milyon barrel olacaq.
Küveyt üçün gündəlik kvota 2,676 milyon barrel, Qazaxıstan üçün 1,628 milyon barrel, Əlcəzair üçün 1,007 milyon barrel, Oman üçün isə 841 min barrel səviyyəsində saxlanılacaq.
Bu göstəricilər 2026-cı ilin sentyabr və oktyabr ayları üçün müəyyən edilmiş kvotalarla eynidir.
Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzair bazardakı vəziyyəti qiymətləndirmək üçün aylıq görüşləri də davam etdirəcək. Növbəti görüşün noyabrın 1-də keçirilməsi planlaşdırılır.
17:24 04.10.2026
Oxunuş sayı: 45